Baş beyin və şöbələrinin funksiyaları Mövzu 9


Download 19.79 Kb.
bet1/3
Sana04.04.2023
Hajmi19.79 Kb.
#1326156
  1   2   3
Bog'liq
Movzu 9


Baş beyin və şöbələrinin funksiyaları
Mövzu 9
Insan baş beyni üş əsas hissədən-beyin kötüyündən, beyincikdən və ön beyindən təşkil olunmuşdur. Beyin kötüyünə uzunsov beyin, Varoli körpüsü, orta beyin, aralıq beyin, rombabənzər boğaz, beyin ayaqcıqları daxildir. Baş beyin həmçinin 12 cüt kəllə sinirlərinin, görmə, yığıcı, dilaltı, dil-udlaq və s. sinirlərin mərkəzləri yerləşmişdir. Baş beyin xaricdən 3 qişa ilə örtülmüşdür: sərt, hörümçək və yumşaq. Sərt qişa kəllə qapağını daxildən örtür. Yumşaq qişa qan damarları və sinir lifləri ilə zəngin təchiz olunmuş qişadır. Beyninin bilavasitə üzrəində yerləşərək onun qidalanmasında iştirak edir. Baş beyin boz və ağ maddədən təşkil olunmuşdur. Boz maddə neyron toplularından əmələ gəlmişdir. Baş beyinin çəkisi 1100-1800 qram arasında dəyişir. Kişilərin beyni qadınlara nisbətən 10% böyükdür. Lakin zehni inkişaf dərəcəsini beyinin çəkisi ilə heç bir əlaqəsi yoxdur. Yaşlı insandabaş beynin uzunluğu 18-19sm , eni 14sm, hündürlüyü 12sm çatır.
Uzunsov beyin onurğa beyninin davamıdır. Insanda onun uzunluğu 2.5sm-ə, ağırlığı isə 7 qrama çatır, konusvari formadadır. Yuxarıdan Varol körpüsü aşağıdan isə qurtaracağı böyük ənsə dəliyi ilə sərhədlənir. Uzunsov beyin Varol körpüsü ilə birlikdə 4 beyin mədəciyini dibini təşkil edir. Onurğa beynində olduğu kimi, burada boz maddə daxilində, ağ maddə isə xaricdədir. O, mütəşəkkil və həm də bir-biri ilə əlaqədə olan nüvələrə bölünür.Uzunsov beyin nüvələrindən böyüyü zeytun və dişli nüvədir. Uzunsov beyinin üst səthi ilə gedən dərin şırım onu sağ və sol paya ayırır, onlara pramidlər deyilir. Pramidaların tərkibinə daxil olan liflərin onurğa beynini yan pramid dəstələrini, az hissəsi isə ön pramid dəstələrini əmələ gətirir. Uzunsov beyin eninə şırımla Varol körpüsündə qismən aralanmışdır. Körpü uzunsov beyini beyinciklə və beynin böyükyarımkürələri ilə birləşdirir. Uzunsov beyin 4 funksiyanı yerinə yetirir. A) bir sıra mürəkkəb reflektor aktları nizamlayır, b) qalxan və enən sinir impulslarının nəql olunmasında baş beyinlə onurğa beyinin arasında körpü yaradır, c) əzələlərin tonusunda iştirak edir, d) 5-12 cüt beyin sinirlərinin köklərinə başlanğıc verir. Uzunsov beyinin əsas fizioloji əhəmiyyəti reflektor funksiyaların icrasından, onurğa beynindən gələn impulsların baş beyinin digər şöbələrinə və əksinə nəql edilməsindən ibarətdir. Onun reflektor fəailiyyəti böyük əhəmiyyət kəsb edir. Belə ki, onun normal fəaliyyəti hesabına organizimdə mühüm funksiyaların o cümlədən, ürək- damar, tənəffüs və həzm orqanlarının işinin nizamlanması, skelet əzələləri tonusunun saxlanılması təmin olunur. Uzunsov beyində və Varolio körpüsündə bir sıra mühüm mərkəzlər yerləşmişdir. Bunlar tənəffüs, əmmə, çeynəmə, udma, tər, gözyaşı ifrazı, asqırma mərkəzləridir.

Download 19.79 Kb.

Do'stlaringiz bilan baham:
  1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©www.fayllar.org 2024
ma'muriyatiga murojaat qiling