Baş beyin və şöbələrinin funksiyaları Mövzu 9


Download 19.79 Kb.
bet3/3
Sana04.04.2023
Hajmi19.79 Kb.
#1326156
1   2   3
Bog'liq
Movzu 9

Ön beyin. Sağ və sol yarımkürələrdən təşkil olunmuşdur. Insanda beyin yarımkürələri daha çox inkişaf etmişdir. O, orta və ara beyinin üzərini örtür. Yarımkürələrin hər biri ağ və boz maddələr ayrılır. Ağ maddə yarımkürələrin daxili hissəsini təşkil edir. Buradaki sinir lifləri qrupları yarımkürələrin qabığı ilə qabıqaltı şöbələr, görmə qabığı arasında və yarımkürələrin müxtəlif sahələri və ya iki yarımkürənin eyni sahələri arasında rabitə yaradır.
Böyük yarımkürələrinin xarici təbəqəsini – beyin qabığını boz maddə təşkil edir. Burada baş beynin ali mərkəzləri yerləşir. Bunlar qabığın hərəki, görmə, eşitmə, qoxu, dad və s. nahiyələrini əmələ gətirir.
Yetkin insanın beyin qabığının ümumi sahəsi orta hesabla 0.14-0.22 bərabərdir. Burada cəmi 14-18 milyard neyron vardır. Yarımkürələrin üzəri qırışıqdır. Hər yarımkürə şırımlarla alın, təpə, gicgah, ənsə paylarına bölünür. Burada hissi və hərəki nahiyələr vardır. Duyğu orqanlarından, dəri, daxili orqanlar, əzələ və vətərlərdən gələn impulslar hissi nahiyəyə daxil olur.Bu nahiyələrin neyronları oyandıqda, müvafiq hissiyyat əmələ gətirir. Görmə nahiyyəsi ənsə payında arxada ,dəri-əzələ hissiyyatı nahiyəsi təpə payında ,dad və qoxu nahiyəsi, mərkəzi şırımdan arxada yerləşmişdir.
Download 19.79 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©www.fayllar.org 2024
ma'muriyatiga murojaat qiling