Xülasə Tədqiqatın məqsədi insan kapitalından isti fadənin iqtisadi səmərəliliyinin ölçülməsi


Download 114.13 Kb.
Pdf ko'rish
Sana24.01.2018
Hajmi114.13 Kb.
#25168
TuriXülasə

113



İNSAN KAPİTALI



1(133)/2017

Xülasə

Tədqiqatın  məqsədi  – insan  kapitalından  isti-

fadənin iqtisadi səmərəliliyinin ölçülməsi.



Tədqiqatın metodologiyası – sistemli yanaşma,

müqayisəli təhlil.



Tədqiqatın nəticələri – insan kapitalından isti-

fadənin yaxşılaşdırılması.



Tədqiqatın məhdudiyyətləri – insan kapitalından

istifadənin  səmərəliliyinin  ölçülməsi  daha  geniş

araşdırmaların aparılmasını tələb edir.

Tədqiqatın  praktiki  əhəmiyyəti  – insan  kapi-

talının ölçülməsi zamanı analitik mənbə kimi isti-

fadə imkanlığı.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – insan

kapitalının  dəyərinin  ölçülməsinin  ayrı-ayrı  me-

yarlar üzrə sistemli şəkildə təhlili.

Açar sözlər: insan kapitalı, təhsil və səhiyyəyə

investisiyalar,  xalis  gəlir,  miqrasiya,  insan  kapi-

talının ölçülməsi.

UOT 331.101.262

İNSAN KAPİTALI KONSEPSİYASININ

YARADILMASI VƏ ONUN KƏMİYYƏT

QİYMƏTLƏNDİRİLMƏSİNƏ 

YANAşMALARIN TƏHLİLİ

səh. 113-126

Mədətov Mansur 

Akif oğlu

i.f.d.

AmEA-nın İqtisadiyyat İnstitutu

Az 1152, Bakı ş., Parlament

prospekti, 1.

madatmansur@yandex.ru

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com


1(133)/2017

M.Mədətov

İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT...



114

1. Giriş

İnsan kapitalı mürəkkəb iqtisadi kateqoriya olub özündə insanın malik olduğu və

müəyyən zaman çərçivəsində əmtəə və xidmətlərin istehsalı məqsədilə istifadə edilə

biləcəyi qazanılmış bilik, bacarıq, motivasiya və enerjini ehtiva edir. Dünya Bankının

ekspertləri  tərəfindən  tövsiyə  edilən  metodikaya  əsasən  ailələrin  ərzaq,  geyim,

yaşayış yeri, təhsil, səhiyyə, mədəniyyət, həmçinin bu məqsədlərə dövlət xərcləri

kimi istehlak xərcləri insan kapitalının ölçülməsi zamanı nəzərə alınır.

İnsan kapitalı nəzəriyyəsinin tərəfdarları təhsilə, səhiyyə xidmətinə, istehsalatda

hazırlığa, miqrasiyaya, uşaqların anadan olması və onlara baxmağa görə (uşaqların

bunun  əvəzini  pul  formasında  cəmiyyətə  və  ailəyə  qaytarması)  investisiyaların

səmərəliliyinin təhlilinin kəmiyyət metodlarını işləyib hazırladılar. Belə təhlil zamanı

əsas fikir insanın məhsuldarlıq qabiliyyətlərinə və onların istehsalına edilən müxtəlif

səviyyəli investisiyalar nəticəsində gəlirlərin diferensiasiyasına verilir.



2. İnsan kapitalı konsepsiyasının yaranmasına tarixi baxış

İnsanın  bacarığını  kapital  kimi  nəzərdən  keçirən  Qərb  iqtisadçıları  arasında

Uilyam Pettini, Adam Smiti, Jan-Batist Seyi, Nassau Senioru, Fridrix Listi, İohann

fon Tüneni, Valter Baqexotu, Ernst Engeli, Henri Sicviki, Leon Valrası və İrvinq

Fişeri  misal  göstərmək  olar.  Əsasən  onlar  tərəfindən  insan  kapitalının  dəyər

qiymətləndirilməsinin iki metodundan istifadə olunub: istehsalın dəyəri və əmək

haqqının kapitallaşması proseduru. Birinci prosedur insanın “istehsalına” çəkilən

real  xərclərin  (adətən,  yaşayış  vasitələrinin  xalis  xərci  (net  of  maintenance))



qiymətləndirilməsindən, ikincisi isə fərdin gələcək gəlirlərinin (xalis və ya ümumi

gəliri) cari qiymətləndirilməsindən ibarətdir.

Uilyam Petti insan kapitalı ehtiyatını əmək haqqının ömürlük renta şəklində

(bazar faiz dərəcəsi ilə) kapitallaşdırılması prosedurunun köməyi ilə qiymətlən -

dirirdi. Əmək haqqının həcmini o milli gəlirdən şəxsi gəlirin çıxılması formasında

müəyyənləşdirirdi.

Uilyam Farr U.Pettinin insan kapitalının qiymətləndirilməsi metodikasını təkmil-

ləşdirdi. Onun metodu fərdin gələcək maaşının cari hesablanmasından (gələcək maaş

çıxılsın həyat üçün şəxsi xərclər) ibarət idi. Eyni zamanda, U.Farr ölüm əmsalına

müvafiq olaraq ölüm halını da nəzərə alırdı [4].

A.Smit yazırdı ki, “faydalı əməyin məhsuldarlığının yüksəlməsi hər şeydən öncə

işçinin çevikliyi və bacarığından, sonra isə onun işlədiyi maşın və alətlərin təkmil-

ləşdirilməsindən asılıdır” [3].

O hesab edirdi ki, əsas kapital maşın və digər əmək alətlərindən, tikililərdən, tor-

paqdan  və  “bütün  əhalinin  və  cəmiyyət  üzvlərinin  əldə  olunmuş  və  faydalı


1(133)/2017

M.Mədətov

İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT...



115

bacarıqlarından ibarətdir”. O qeyd edirdi ki, “onun sahibinin mahiyyəti, tərbiyəsi və

öyrənmək qabiliyyəti nəzərə alınmaqla belə bacarıqların əldə edilməsi həmişə həqiqi

xərclər tələb edir. Bunlar özlüyündə onun şəxsiyyətində təcəssüm edən əsas kapitalı

təşkil edir. Bu bacarıqlar həmin şəxsin mülkiyyətinin bir hissəsi olmaqla, həmçinin

həmin şəxsin mənsub olduğu cəmiyyətin sərvətinin bir hissəsinə çevrilirlər. İşçinin

böyük çeviklik və bacarığını əməyi sadələşdirən maşın və istehsal alətləri ilə müqa -

yisə etmək olar. Onlar məlum xərc tələb etsələr də, sonradan həmin xərci mənfəət

formasında geri qaytarırlar”.

Ernst Engel insanın pul dəyərlərinin qiymətləndirilməsi üçün istehsal qiyməti

metoduna üstünlük verirdi. O hesab edirdi ki, uşaqların yetişdirilməsi üçün onların

valideynləri xərc çəkiblər. Bu xərclər qiymətləndirilərək uşaqların cəmiyyət üçün

pul dəyəri hesab oluna bilər [2].

Lakin bütün bunlarla yanaşı, əşya və insanların istehsalına çəkilən xərclərlə on-

lardan əldə olunan iqtisadi səmərə arasında sadə və birbaşa əlaqə mövcud deyil.

Bütün bunlar hər şeydən öncə insan amilində özünü göstərir. Çünki onun istehsalı

birbaşa iqtisadi səmərə üçün nəzərdə tutulmur.

Lakin insan kapitalının kapitallaşdırılmış təhsil və səhiyyə xidmətləri kimi kom-

ponentlərinin qiymətləndirilməsi baxımından E.Engelin modifikasiyalaşdırılmış

metodu faydalıdır.

C.R.Makkullox insanı kapital kimi qiymətləndirərək qeyd edir: “Kapitalı insana

xas olmayan sənaye məhsulunun bir hissəsi kimi qəbul etməkdənsə, onun özünü

kapital hesab etmək olar. Bunun üçün çoxlu səbəb var və onun milli sərvətin bir

hissəsi hesab edilməməsi üçün heç bir səbəb yoxdur” [22, s. 67.]. Bundan başqa, o

ümumi qəbul edilmiş kapitalla insan kapitalı arasında analogiyanın olduğunu bildirir.

O qeyd edir ki, insan kapitalına investisiyaların dövriyyə sürəti digər investisiyalar

kimi  dövriyyə  sürəti  üstəgəl  fərdin  mümkün  ömür  müddəti  ərzində  bazar  faiz

dərəcəsi ilə müəyyən edilən normal dövriyyə sürətinin cəmindən ibarət olmalıdır

[22, s. 66].

N.Senior hesab edirdi ki, insanlar kapital kimi qəbul edilə bilərlər. Bu məsələ ilə

əlaqədar mülahizələri zamanı o insanın özünü deyil, onun ustalığı və əldə etdiyi

bacarıqlarını kapital hesab edirdi [23, s. 68-69]. Lakin zaman-zaman o insanın özünü

gələcəkdə gəlir götürmək məqsədilə saxlanmasına xərc tələb olunan kapital kimi

nəzərdən keçirirdi [23, s. 10].

O bildirirdi ki, qul və azad insanın dəyəri haqqında mülahizələrdə çox kiçik

fərqlər mövcuddur. Prinsipial fərq ondan ibarətdir ki, azad insan özünü müəyyən

münasibətlər  çərçivəsində  müəyyən  müddətə  satır,  qul  isə  bütün  ömrü  boyu

satılmışdır.

Q.D.Makleod istehsal edən insanı fiksə edilmiş kapital kimi nəzərdən keçirirdi.

Onun nəzərincə, insan məhsuldar deyildirsə, onda iqtisadi təhlilə məruz qalmır [19].

Belə bir fikir bütün insanları kapital hesab edən L.Valrasın fikirləri ilə ziddiyyət


1(133)/2017

M.Mədətov

İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT...



116

təşkil edir. L.Valras hesab edirdi ki, bu insanların dəyər və ya qiyməti digər əmtəə

kapitallarında olduğu kimi müəyyən edilir [25, s. 40.]. Bundan başqa, L.Valras bəzi

iqtisadçılardan  fərqli  olaraq  insanı  kapital  kimi  tanımamaq  daxili  təkzib  etmə

hissindən məhrum idi. O sübut etməyə çalışırdı ki, xalis nəzəriyyəyə “ədalətlilik və

praktiki məqsədəuyğunluğu nəzərdən keçirərkən tam abstraktlaşdırmağa meyillidir”

və “insanı yalnız dəyər baxımından nəzərdən keçirməyə” çağırırdı [25, s. 216.].

İ.Q. fon Tünen, həmçinin bəzi tədqiqatçıların insanı dəyər ifadəsində qiymətlən -

dirmək istəmədiklərini qeyd edirdi. Lakin belə mülahizələrdən “siyasi iqtisadın vacib

sahələrindən birində lazımi qədər aydınlıq yaranmır və anlayışlarda qarışıqlıq mey-

dana gəlir”. “Bundan əlavə, elə ola bilər ki, insanlar kapital haqqında qanunların

subyektinə çevrilsəydilər, onda onların azadlığı və ləyaqəti daha müvəffəqiyyətlə

təmin edilmiş olardı” [24, s. 5]. İ. fon Tünen hesab edirdi ki, əgər əməyin məhsul-

darlığını yüksəldən xərcləri insan kapitalının analitik sxemində nəzərdən keçirsək,

onda bir çox sosial institutları ləğv etmək olar. Bundan başqa, bu xərclərin kapital-

laşdırılmış dəyəri kapital ehtiyatının ümumi hissəsi kimi nəzərdən keçirilməlidir [24,

s. 1-10]. Maraqlıdır ki, bu və ya digər hallarda bu ideya sentimentalizmə xasdır, lakin

bir  çox  müasir  müəlliflər  insan  kapitalı  anlayışını  iqtisadi  fikrin  əsas  axınında

mövcudluğunu inkar edirlər.

A.Marşall  insanın  kapitallaşdırılmış  dəyərinin  qiymətləndirilməsinin  faydalı

olduğunun mümkünlüyünü bildirir və onları xalis əmək haqqının (istehlak kapital-

laşdırmadan öncə əmək haqqından çıxılırdı) kapitallaşdırılması metodu üzrə nəzər -

dən keçirirdi. Bununla yanaşı, o insan kapitalının qeyri-reallığını (insanın bazarda



satılmadığı üçün) qəbul etmirdi [20].

İnsan kapitalı İ.Fişer tərəfindən də kapital anlayışına daxil edilirdi. O hesab edirdi

ki,  insan  kapitalı  “faydalı  maddi  obyektdir”  və  insan  bu  xüsusiyyətlərə  malik

olduğundan mülahizələrdəki ardıcıllıq onları da kapital anlayışına daxil etməyi tələb

edir [11]. Bundan əlavə, fərdin ustalığı ayrıca kapital kimi nəzərdən keçirilmir. İ.Fişer

deyirdi ki, “kapital anlayışına daxil edilməli olan təlimli fərd mövcuddur” [12].

E.Denison hesab edir ki, fiziki kapitalda təcəssüm etmiş texnoloji tərəqqidən

danışmaq əsas fondların (kapital əmtəələri) keyfiyyətindəki dəyişiliklərə istinad

etmək deməkdir [9]. Belə analogiya insan üçün də tətbiq edilə bilər. Ustalıq və əldə

edilmiş bacarıq insanlarda təcəssüm edir və istehsal vahidi kimi onların faydalı key-

fiyyətlərini artırır. Beləliklə, ustalıq və bacarıqlar fərddən ayrılmazdır. Deməli, bunlar

haqqında kapital kimi insandan ayıraraq danışmaq olmaz. Əgər bu mülahizələri

qəbul etsək, onda təlim almış fərdin özü elə kapital hesab olunur.

3. İnsan kapitalı və fiziki kapitalın müqayisəli təhlili

Bütün bunlar labüd olaraq maraqlı bir sual meydana çıxarır. İnsanın ustalığı və

faydalı qabiliyyətlərinin dəyəri ilə fərdin özünün dəyəri eynilik təşkil edirmi?


1(133)/2017

M.Mədətov

İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT...



117

Yuxarıda qeyd olunan sualın cavabı iqtisadi faydalılıq baxımından verilir. Əgər

faydalılıq cəmiyyət üçün “xalis mənfəət” (burada xalis mənfəət ümumi istehsalın

ümumi istehlakdan artıq olmasıdır) şəklində müəyyən edilirsə, onda ustalıq və fay-

dalı bacarıqların məcmusu mənfəəti artırmış olacaq. Buraya fərdin özünün əlavə

edilməsi isə təkcə istehsalın deyil, həmçinin istehlakın artımına səbəb olacaqdır.

Ustalıq və faydalı bacarıqların dəyəri və fərdin dəyəri, hər ikisi əlavə edilmiş mən-

fəətlə ölçülmüşsə, fərqli ola bilər [10, s. 4].

Bununla yanaşı, ustalıq və qazanılmış bacarıqların və ya onların sahibinin insan

kapitalı kimi müəyyən edilməsi vacib deyil. Lakin bəzi hallarda ustalıq və qazanılmış

bacarıqlar bir tərəfdə, digər tərəfdə isə insanın özünün ayrılması, məsələn B.F.Ki -

kerin qeyd etdiyi kimi vacibdir [17].

S.S.Hyubnerə görə insan kapitalının adi kapital kimi elmi izahı vardır. Onun

əməliyyat müəyyənləşdirməsi “istiqrazlar vasitəsilə insan həyatının dəyərinin ka -

pitallaşdırılması” hesabına alına bilər. Həmin istiqrazlar ona ömürlük renta (bu işçi



qüvvəsi üçün) və dövriyyə (kredit mənbəyi kimi) verə bilər. İstiqrazlar burada təminat

prinsipinə əsasən nəzərdən keçirilir və nəzərdən keçirilən obyektin reallaşmasının

təminatı üçün amortizasiya fondlarının metodundan istifadə olunur. Bu halda insan

gələcək işgüzar fəallığa malik olmalıdır [15].

Ümumi tarazlıq nəzəriyyəsinə görə sahibkarlar işçi qüvvəsinə, başqa sözlə, insan

kapitalına investisiya yatırmaqda maraqlı deyillər. Lakin son zamanlar uzunmüddətli

artım amilləri işgüzar fəallığın tənzimlənməsində dominant amil hesab olunur. Bir

sıra Qərb iqtisadçılarının qeyd etdiyi kimi bütün sahibkarlara insanın ümumi hissə -

sinə  çevrilmiş  investisiyaların  vacibliyi  məlumdur  və  bu  insanlara  edilən  in-

vestisiyaların artımına səbəb olur [5].

Buna görə də, insanın qazandığı bacarıqların və adi kapitalın simmetrik nəzərdən

keçirilməsi XIX əsrin bir çox iqtisadçıları üçün adi hal idi.

E.Vuds və K.Metsqer göstərdilər ki, insan və adi kapitalın simmetrik nəzərdən

keçirilməsinə “dəyərsizləşmə”, “saxlama”, “sıradan çıxma” kateqoriyalarından is-

tifadə  etdikdə  nail  olunur.  Saxlama  xərcləri  istehlak  xərcləri  əmək  haqqından

çıxıldığı zaman, dəyərsizləşmə sıradan çıxma ilə birgə orta əmək haqqı hesablanan

üsul ilə nəzərə alınır. Bu amil (dəyərsizləşmə və sıradan çıxma) işçilərin orta illik

əmək haqqının hesablanması zamanı müzakirəyə çıxarılır. Orta illik əmək haqqı

hesablanan zaman köhnə işçilərin aşağı əmək haqqısı ilə birlikdə daha səmərəli is-

tehsalçıların yüksək əmək haqqısı da nəzərə alınır. Birinci qrup təbii ki, sağlam və

daha məhsuldar işçilərə nisbətən aşağı əmək haqqı alırlar. Lakin ikincilərin əmək

haqqısı  orta  əmək  haqqı  hesablanan  zaman  birinci  daha  aşağı  əmək  haqqı  alan

işçilərin və ixtisas səviyyəsinə malik olmayan çox gənc işçilərin əmək haqqısı ilə

qarışır.


Nəticədə tədqiqatçılar belə qənaətə gəlirlər ki, əhalinin pul dəyərləri ölkənin ən

böyük aktividir və “məhsuldar fərdlərin ömürlərinin uzadılması məqsədilə insan



1(133)/2017

M.Mədətov

İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT...



118

həyatının saxlanmasına və sağlam həyatdan həzz almağa vəsilə olan milli rifah

halının yüksəldilməsində maraqlı olan vətəndaşlar və tələbələr tərəqqini fəal dəstək-

ləyirlər” [27].

Bəzi müasir iqtisadçıların fikirləri bu nəticə ilə ziddiyyət təşkil edir. Onlar hesab

edirlər ki, inkişaf etmiş ölkələrdə səhiyyə xərclərinin gələcək artımı “rifah deyil,

sağlamlıq vermiş olduğundan iqtisadi baxımdan məhsuldar olmayacaq” [18].

4. İnsan kapitalının dəyərinin ölçülməsi metodları

Bəzi müəlliflər insanın kapital dəyərinin qiymətləndirilməsini birinci Dünya

müharibəsində itkilərin hesablanması zamanı istifadə ediblər [14]. İv Giyot deyirdi:

“İnsan - kapitaldır və cəmiyyət təkcə humanist deyil, həmçinin iqtisadi səbəblərdən

onun ölüm səviyyəsinin aşağı salınmasında maraqlı olmalıdır” [8]. Ernst Boqart

qeyd  edirdi  ki,  müharibədə  həlak  olmuş  insanların  həyatının  pul  dəyərinin

qiymətləndirilməsi “şübhəli statistik aidiyyat metodu”dur. Bununla yanaşı o hesab

edirdi ki, yalnız bu itkilərin pul şəklində qiymətləndirilməsi onların iqtisadi cəhətdən

nə dərəcədə mühüm əhəmiyyət kəsb etməsi barədə təsəvvür formalaşdıra bilər [7].

H.Boaq “müharibələrin dəyərinin, insan həyatlarının itirilməsini kapitalın azal-

ması kimi qiymətləndirmək doğru olarmı” məsələsini nəzərdən keçirirdi [6, s. 7.].

O belə bir nəticəyə gəldi ki, Bu düzgündür, çünki “maddi və insan” kapitalı arasında

sıx analogiya mövcuddur [6, s. 9.].

Bundan əlavə, H.Boaq insan kapitalının ölçülməsi ilə əlaqədar bir neçə məsələyə

aydınlıq gətirmək istəmişdir: birincisi, qiymətləndirmə metodu qiymətləndirmənin

hansı məqsəd üçün istifadə olunacağından asılıdır; ikincisi, həm insan, həmçinin adi

kapitalın maddələr üzrə qiymətləndirilməsi zamanı ehtiyatlı davranmaq lazımdır;

üçüncüsü, adi və insan kapitallarının dəyərlərinin qarşılıqlı təsirləri nəzərə alın-

malıdır [6, s. 10.].

H.Boaq,  həmçinin  qeyd  edirdi  ki,  insan  kapitalının  ölçülməsi  zamanı  əmək

haqlarının  kapitallaşdırılması  metodu  daha  məqsədəuyğundur.  Çünki  bu  metod

maddi əşyaların dəyərini ölçməyə imkan verir, istehsalın dəyərinin ölçülməsi metodu

isə onların qazanmaq qabiliyyətinə təsir etməyən xərcləri özündə birləşdirir. Onun

fikrincə, müharibə nəticəsində pul itkilərinin hesablanması üçün “ümumi” metoddan

istifadə daha məqsədəuyğundur. “Maddi itkilərin hesablanması zamanı gəlirin itkisi,

adətən milli əmanətlərlə deyil, ümumi milli gəlirlə müqayisə olunur. Ona görə də

adətən əlavə dəyərin deyil, ümumi gəlirin kapitallaşdırılmış dəyərinin azalmasını

nəzərdən keçirmək daha yaxşıdır” [6, s. 14.].

Baxmayaraq ki, N.Senior əvvəl qeyd edirdi ki, H.Boaq çətin məsələlərdən biri

olan istehsal dəyəri üzrə insan kapitalının ölçülməsi metodunu dəqiq müəyyən edən-

lər içərisində birinci olub. Lakin gəlir əldə edənin istehsalı üçün təhsilə, səhiyyəyə

və digər sahələrə çəkilən xərcləri dəqiq müəyyən etmək çətindir. Çünki bütün bunlar



1(133)/2017

M.Mədətov

İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT...



119

onun “maddi sərvətin istehsalına bilavasitə kömək etməyən sevmək, həzz almaq,

iftixar etmək” kimi xüsusiyyətlərindən ayrılıqda nəzərdən keçirilə bilməz [6, s. 17].

Qərb iqtisadçıları tərəfindən insan kapitalının analitik sxemi adi kapitalınkı kimi

eyni məqsədlər (miqrasiyanın, təhsil və səhiyyəyə investisiyaların iqtisadi səmərəsini

göstərmək, vaxtından əvvəl ölümlərin qarşısının alınması) üçün istifadə olunur.

ABŞ üçün miqrantların pul dəyəri haqqında maraqlı fikirlər bu ölkədə XIX əsrin

sonlarında meydana gəlməyə başlamışdı.

Belə bir fikir yaranmışdı ki, immiqrasiya ABŞ üçün iqtisadi cəhətdən faydalıdır

və bu insan kapitalı təhlilinin konseptual sxeminin xüsusiyyətlərinə müvafiq idi. İm-

miqrantların pul dəyərinin qiymətləndirilməsi metodları və faydalılığı barədə digər

məsələlər də meydana çıxırdı. Yaşlı, xəstə və qohumları olmayan insanların ABŞ

ərazisinə daxil olması faydalıdırmı? Və ya peşə, təhsil və digər keyfiyyətlərə malik

olmayan insanların ölkəyə girişi faydalıdırmı?

F.Kapp ABŞ ərazisinə daxil olmuş immiqrantların kapital dəyərini hesablamaq

üçün dəyərsizləşmə və insanın saxlanma xərcləri nəzərə alınmadan E.Engelin is-

tehsalın dəyər metodundan istifadə edirdi. O belə bir nəticəyə gəlmişdi ki, əgər im-

miqrasiyanın səviyyəsi dəyişməz qalarsa, onda ölkə hər gün insan kapitalı kimi bir

milyon dollar qazanacaq.

Ç.L.Breys F.Kappın emiqrantların qiymətləndirilməsinə yanaşmasını və əldə et-

diyi nəticəsini tənqid edirdi [21]. O qeyd edirdi ki, obyektin kapital dəyəri təkcə

onun istehsal xərcləri ilə deyil, həmçinin ona olan tələblə müəyyən edilir. Deməli,

hər bir immiqrant ölkə üçün onun istehsala faydası ilə saxlanma xərcləri arasındakı

fərq qədər kapitallaşdırılmış dəyərə malikdir.

R.Meyo-Smit U.Farrın xalis gəlirlərin kapitallaşdırılması prosedurunu tətbiq edib

və hesab edirdi ki, qabiliyyəti olan və onların tətbiqi üçün imkanlar axtaran im-

miqrant onun istehsalına çəkilən xərclərdən gəldiyi ölkə üçün daha çox pul dəyərinə

malikdir. Bununla yanaşı, o qeyd edirdi ki, bu metod səhvsiz deyil. Belə ki, im-

miqrantların gələcək gəlirlərinin kapitallaşdırılmış dəyəri digərlərini iş yerindən

məhrum etmədən iş tapmaq imkanlarından asılıdır. Digər halda ölkədə immiqrant-

ların insan kapitalı ehtiyatı artmayacaq [16].



5. İnsan kapitalının dəyərinin ölçülməsinə müxtəlif yanaşmalar

XX əsrin birinci qərinəsində müəllifləri insanın itirilməsinə səbəb olan xəstəlik

və ölümlərin qarşısının alınması üçün pul itkilərinin müəyyən edilməsi məqsədilə

insan kapitalının analitik sxemindən istifadə edən əsərlər meydana çıxdı. Yığımların

səmərəsi xəstəlik və ölümlərin mümkün olduğu qədər xəbərdar edilməsi və qarşısının

alınması hesabına yüksəldilə bilər [13].

Təhsil problemlərini araşdırarkən C.R.Uolş qeyd edirdi ki: “Ser Uilyam Pettinin

dövründən etibarən bir çox iqtisadçılar insanı qeydə alınmış kapital kateqoriyasına



1(133)/2017

M.Mədətov

İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT...



120

daxil etmişlər. Çünki kapital kimi insanda istehsal üçün xərc tələb edir və bu xərc -

lərin mənfəətlə qaytarılması üçün xidmət göstərir. Bu nəticə ümumi baxımdan verilir.

Münasibətlər kapitalda olduğu kimi bütün insanlar üçün, təlim və təhsil üçün olan

bütün xərclər isə onun dəyəri kimi müəyyən edilir” [26, s. 255.].

İnsan kapitalının dəyəri fərd kimi onun həyatı ərzində yığılmış saxlanmasına,

təlim, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xərclərdir (başqa sözlə, istehsalın

dəyəri).  O  zamanla  insan  kapitalının  dəyərsizləşməsi  (amortizasiyası)  hesabına

hesablana bilər. İnsan kapitalının dəyərliyi (kapital dəyərliyi) onun fəaliyyəti ilə

əlaqədar olan gözlənilən gələcək gəlirlərinin (ümumi və ya xalis gəlir) diskont-

laşdırılmış axını kimi müəyyən edilir.

C.Uolş xüsusən son onilliklərdə T.V.Şults, Q.Bekker və digər Qərb iqtisadçıları

tərəfindən öyrənilən ali təhsilin iqtisadi aspektləri ilə maraqlanırdı. C.Uolş soruşurdu

insanın peşəkar karyerası üçün təhsilinə xərclər (bazar tarazlığı əldə olunduqdan

sonra mənfəət gətirən) kapitala investisiyalar hesab edilirmi. Bu xərclər adi kapitala

edilən investisiyaların xüsusiyyətlərinə malikdirlərmi. O qeyd edirdi ki, bu həqiqətdir

və hipotezini sübut etmək üçün müxtəlif təhsil səviyyəli insanların maaşları barədə

məlumatları götürmüşdü. Onların kapital qiymətləndirilməsi hər bir yaş səviyyəsinə

müvafiq olaraq maaşların kapitallaşdırılması metodunun köməkliyi ilə hesablanıb.

C.Uolş müxtəlif səviyyəli təhsilin dəyərini istehsal dəyəri metodu ilə hesabladı, sonra

isə bu dəyər ilə kapital dəyərini müqayisə etdi [1]. 

O nəzərdə tuturdu ki, bu iki dəyər bazar tarazlığı yaranarkən bir-birlərinə yaxın-

laşacaq [25, s. 255-285].

C.Uolş müəyyən etmişdi ki, kollecdə təhsilin dəyərliliyi onun əldə edilməsindən

çoxdur. Həmçinin peşəkar təhsilin dəyəri və kapital dəyərini hesablayarkən belə bir

qənaətə gəldi ki, magistr, doktor və digər elmi dərəcələrə malik olan insanlar üçün

kapital dəyəri dəyəri üstələyir.

Bu hadisənin səbəbini o belə izah edirdi ki, yalnız pul dövriyyəsi nəzərə alınır,

elmi dərəcəli alimlər isə xüsusi zövq və istehlak dəyərləri əldə edirlər. Məsələn,

səyahət etmək imkanına, uzunmüddətli məzuniyyətlər və tətillərə, müxtəlif xid-

mətlərə malik olur. Bu amillərin nəzərə alınması kapital dəyərini artırmış olacaq və

kapital dəyərini dəyərə yaxınlaşdırmış olacaq. Mühəndislər, bakalavr dərəcəli in-

sanlar və hüquqşünaslar üçün kapital dəyəri dəyəri üstələyir. C.Uolş hesab edirdi ki,

bunun səbəbi qısamüddətə bu peşələrə tələbin təklifi üstələməsidir. Zaman keçdikcə

bu peşə sahiblərinin sayı artdığından onların dəyəri ilə kapital dəyəri bərabərləşəcək.

Teodor Vitsteyn insanı əsas fondlar (kapital əmtəələri) kimi nəzərdən keçirirdi

və insan kapitalının hesablanması zamanı U.Farr (kapitallaşdırılmış əmək haqqı) və

E.Engelin (istehsal qiyməti) işləyib hazırladığı yanaşmalardan istifadə edirdi. T.Vit-

steynin insan kapitalı konsepsiyasına marağı həyat sığortasına ehtiyacın və həyatın

itirilməsinə görə kompensasiya ədə edilməsi məqsədilə hesablamalar aparmaq üçün

cədvəllərin hazırlanmasına tələbin təsiri altında formalaşmışdı. O fərz edirdi ki,


1(133)/2017

M.Mədətov

İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT...



121

fərdin həyat müddəti ərzində əmək haqqının həcmi onun saxlanması və təhsilinə

çəkilən xərclərin cəminə bərabərdir. Bu yanaşma insanın anadan olarkən qiymətinin

sıfıra bərabər olması tezisinə rəvac verir.

T.Vitsteyn tərəfindən aşağıdakı düsturlar verilib:

(1)


(2)

burada, – müəyyən peşə sahibi olan bir böyük yaşlı almanın təhsil daxil olmaqla

illik istehlak xərcləri; r = (1+i), burada – bazar faiz dərəcəsidir.

(3)


L

n

– həyat cədvəlində n yaşında olan insanların sayı;



R

n

– n yaşında olan insanın anadan olma anında (verilmiş r üçün) əldə etdiyi bir

talerlik rentasının həcmi;

– müəyyən peşə sahibi olan bir insanın gələcək gəlirlərinin səviyyəsi;

– insanın əmək fəaliyyətinə başladığı yaş.

T.Vitsteyn sadəlik üçün fərz etdi ki, a və X fərdin ömrü boyu sabitdirlər və birinci

tənlik (istehsal xərclərinə əsaslananN>n şərti daxilində insanın dəyərinin pul

vahidlərində ölçülməsi üçün istifadə oluna bilər. N

likdən (gəlirlərə əsaslanan) istifadə etmək daha doğru olar.

İnsanın bütün ömrü boyu əmək haqqısının və saxlanma xərclərinin bərabərliyi

haqda əsas mülahizəni qeyri-qənaətbəxş hesab etmək olar. Qeyd etmək lazımdır ki,

əmək  haqqının  və  istehsal  qiymətlərinin  kapitallaşdırılması  metodlarının  bir-

ləşdirilməsi ölçünün iki dəfə artırılması kimi təkzib olunmasına şərait yaradır.

Amerika iqtisadçıları və sosioloqları Luis Dublin və Alfred Lotka həmçinin həyat

sığortası sferasında işləmişlər və həyat sığortalanması zamanı məbləğin müəyyən

edilməsi üçün insan kapitalının ölçülməsi məqsədilə U.Farr və T.Vitsteynin yanaş-

malarının qiymətli olduğunu vurğulamışlar.

Onlar aşağıdakı düsturu tərtib ediblər:

(4)

burada, V



0

– fərdin anadan olma anındakı dəyəri;

– verilmiş anda bir dolların (x ildən sonra əldə edilmiş) dəyəri;

P

x

– insanın x yaşınadək yaşama ehtimalı;



Y

x

– insanın x anından x+1 anınadək illik əmək haqqısı;



E

x

– x yaşından x+1 anınadək istehsalatda məşğul olanların payı (U.Farr tam

məşğulluğu fərz edirdi);

C

x

– insanın x yaşından x+1 yaşınadək həyat xərclərinin məbləği.



1(133)/2017

M.Mədətov

İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT...



122

Müəyyən  yaş  üçün  (məsələn  a)  insanın  pul  dəyərinin  müəyyənləşdirilməsi

məqsədilə düstur aşağıdakı şəkli ala bilər:

(5)


Fərdin  istehlakına  və  saxlanmasına  çəkilən  xərclər  çıxılmaqla  onun  əmək

haqqısının kapitallaşdırılması metodu bir çox məqsədlər üçün faydalı məlumat verir.

Məsələn, insanın ailəsi üçün iqtisadi dəyəri ölçülür. Bu isə Dublin və Lotka üçün

məqsəd hesab olunur.

Əgər işçi ölübsə, onda ailə onun ailəyə pul ifadəsində töhfəsi qədər kasıblaşır. Bu

isə işçinin gəlirlərindən onun saxlanmasına çıxılan məbləğdən ibarətdir. Bundan

başqa, analoji yolla insanın özü və cəmiyyət üçün də iqtisadi dəyəri ölçülə bilər. Bu

məqsədlər üçün insanın dəyərinin ölçülməsi məqsədilə ümumi gəlirlərin (saxlanma



xərcləri daxil edilməklə) və ya insanın dövlətə ödədiyi vergilərin kapitallaşdırılması

metodundan istifadə oluna bilər.

Dublin və Lotkaya görə – C

a

yaşında insanın istehsalının (təliminin) dəyəri

aşağıdakı düsturla hesablanır:

(6)


Düstur aşağıdakı kimi sadələşdirilə bilər:

(7)


Deməli, a yaşınadək insanın istehsal dəyəri onun a yaşındakı dəyəri ilə anadan

olma anındakı dəyəri arasındakı fərqinin hasilinə bərabərdir [10, s. 168.]. Bu E.En-

gelin metodunun təkmilləşdirilmiş variantıdır.

6. Nəticə

İnsan  kapitalı  nəzəriyyəsinin  tərəfdarlarının  fikrincə,  U.Farr,  L.Dublin  və

A.Lotkanın əsərləri insan kapitalı və ya onun komponentlərinin ölçülməsi metodları

ilə məşğul olan alimlər üçün istinad nöqtəsi hesab olunur. L.Dublin və A.Lotka

tərəfindən əmək haqqının kapitallaşdırılması (saxlanma üçün həm xalis, həmçinin

ümumi xərclər) metodunun təhlili aydın, lakonikdir və bu metodun ən yaxşı təfsiri

hesab olunur. Eyni zamanda bu yanaşma ilə əlaqədar olaraq məlum çətinliklər mey-

dana çıxır. Hesablama üçün lazım olan məlumatlar olduğu təqdirdə bu metod daha

dəqiq nəticələr verir. Həqiqətən də, bu müəlliflər tərəfindən hazırlanmış insanın əmək

qabiliyyətlərinin iqtisadi əhəmiyyətinin (və ya insan kapitalının) qiymətləndirilməsi

metodları  texniki  cəhətdən  mükəmməldir  və  real  informasiya  olduğu  təqdirdə

təcrübədə istifadə olunması üçün yaralıdırlar.

Bir çox iqtisadçılar işçi qüvvəsinin iqtisadi qiymətləndirilməsinin vacibliyi və

mümkünlüyünü  qeyd  edirdilər,  həmçinin  belə  qiymətləndirmələrin  konkret


1(133)/2017

M.Mədətov

İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT...



123

məqsədlər üçün istifadə olunmasından danışırdılar. Onlardan bəziləri insanı və ya

onun əldə etdiyi qabiliyyət və ustalığı əsas kapitalın komponenti hesab edirdilər.

Bundan başqa, insan kapitalının məbləğini həm mikroiqtisadi, həm də makroiqtisadi

səviyyədə qiymətləndirməyə və bu qiymətləndirmələrdən xüsusi məqsədlər (məsə -

lən, müharibələr zamanı ümumi iqtisadi itkilərin qiymətləndirilməsi) üçün istifadə

etməyə çalışırdılar. Digər müəlliflər isə sadəcə olaraq insanı (və ya əldə edilmiş qa-



biliyyəti və ustalığı) kapital kimi qəbul edirdilər və onların məhsuldarlığının artırıl-

masını  insana  edilən  investisiyaların  iqtisadi  əhəmiyyətində  görürdülər.

Nəzəriy yəçilərin bu ikinci qrupu heç bir zaman nə insan kapitalını ölçməyə, nə də

ondan xüsusi məqsədlər üçün istifadə etməyə cəhd etməmişlər. Lakin, eyni zamanda

bəzi istisnalara rast gəlmək mümkündür. Belə ki, F.List bu anlayışdan proteksion-

izmin vacibliyini göstərmək üçün istifadə edirdi, İ. fon Tünen isə bu məqsəddən is-

tifadəni sosial ədalətə müvafiq olaraq həyata keçirilən istiqamət kimi müdafiə edirdi.

Ümumiyyətlə, əksər tədqiqatçılar hesab edirdilər ki, insan üç səbəbdən əsas ka -

pital kimi qəbul edilməlidir:

1) insanın təlim və təhsilinə çəkilən xərclər real xərclərdir;

2) onların əməyinin məhsulu milli sərvəti artırır;

3) bu məhsulun artımına səbəb olan insana çəkilən xərclər milli sərvəti artıracaq.

Adam Smit kapital anlayışını dəqiq müəyyən etməsə də, bu kateqoriyaya insanın

ustalığı və faydalı qabiliyyətlərini aid etmişdi. İnsanın ustalığı, bildirirdi o, maşın-

ların müvafiq xüsusiyyətləri (həqiqi dəyərə və mənfəət dövriyyəsinə malikdir) kimi

nəzərdən keçirilə bilər. Jan-Batist Sey qeyd edirdi ki, ustalıq və qabiliyyət qiymətlə

alındığından və işçilərin məhsuldarlığını artırdığından onlar kapital kimi nəzərdən

keçirilməlidirlər. Bu mövzu, həmçinin Con Stüart Millin, Uilyam Roşerin, Valter

Baqehotun və mikroiqtisadi səviyyədə Henri Sicvikin əsərlərində nəzərdən keçi -

rilmişdi. Fridrix Listə görə keçmiş əməkdən miras qalmış insanın ustalığı və əldə

etdiyi qabiliyyətləri kapitalın milli ehtiyatının ən vacib komponenti hesab olunur. O

qeyd edirdi ki, həm istehsalda, həm də istehlakda insan kapitalının buraxılışa töhfəsi

nəzərdən keçirilə bilər.

Ədəbiyyat siyahısı 

1. Дайновский, А.Б.1976. Экономика высшего образования / А.Б. Дайновский.

– М. 

2. Краковская, И.Н. Измерение и оценка человеческого капитала организации:



подходы и проблемы / Оценка человеческого капитала // экономический ана-

лиз: теория и практика. – (2008). - №19(124). – С.41-49.

3. Смит А. (1956). Исследование о природе и причинах богатства народов.

Москва: Соцэкгиз, с. 490.



4. Тугускина Г. Н., Сравнительный анализ методик и показателей оценки че-

ловеческого капитала предприятий// Современные технологии управления.

ISSN 2226-9339, (2015), №6 (54).

5. Becker, Gary S. (1962). Investment in human capital: A theoretical analysis,

J.P.E., LXX, Suppl, p. 9-49.

6. Boag, Harild. (1916). Human capital and the cost of war, royal statis. Soc. 

7. Bogart, Ernest L. (1919). Direct and indirect costs of the Great World War. New

York: Oxford University Press. 

8. Crammond, Edgar. (1915). The Cost of War, J.Royal Statis. Soc., LXXVIII, p.

98.


9. Denison, Edward F. (1964). The unimportance of the embodied question, A.E.R.,

LIV, p.91.

10. Dublin, Louis J., and Lotka, Alfred. (1930). Money value of man. New York;

Roland Press Co.

11. Fisher Irving. (1897). Senses of capital, Econ. J., VII, p. 201-202.

12. Fisher Irving. (1965). The theory of interest. New York: Augustus M. Kelley, p.

12-13.

13. Forsyth, C.H. (1914). Vital and monetary losses in the United States due to pre-



ventable death, American States. Assos. Publication, XIV, p. 758-89.

14. Guyot, Ives M. (1914). The waste of war and the trade of tomorrow, Nineteenth

Century and After, LXXVI, p. 1193-1206.

15. Huebner S.S. (1914). The human value in business compared with the property

value, Proc. Thirty-fifth Ann. Convention nat. assoc. Life Underwriters, p.18-19.

16. Kapp, Fridrich. (1870). Immigration and the Commissioners of emigration of

the State of New York. New York: E.Steigen & Co., p. 147-149.

17. Kiker B.F. (1971). The historical roots of the concept of human capital. In: human

capital formation and manpower development. Edited by Ronald Wykstra. The

Free Press, New York, Collier-Macmillan Limited, London, p.11.

18. Lees, D.S. (1962). An economist considers other alternatives, Financing medical

care ed. Hemut Shoeck. Caldwell, Idaho: Caxton Priners Ltd. 

19. Macleod, Henry D. (1881). The elements of economics. New York: D. Appleton

& Co.,. Vol. 2. p. 134, 205-206, 213.

20. Marshall, Alfred. (1959). Principles of economics. New York: Macmillan Co.,

p. 469-470, 705-706.

21. Mayo-Smith, Richard. (1901). Emigration and immigration. New York: Charles

Scrinber’s Son.

22. McCullox J.R. (1870).The principles of political economy. Alex Murrey & Son.

23. Senior, Nassay William. (1939). An outline of the science of political economy.

New York: Farrar & Rincart.

24. Thunen, Iohann Heinrich von. (1875). Der isolierte Stadt.Translated by Bert F.



124

M.Mədətov

İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT...



1(133)/2017

1(133)/2017

M.Mədətov

İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT...



125

Hoselitz. Chicago: Corporative Education Center, University of Chicago; origi-

nally publicized. vol. 11. pt. 11.

25. Walras, Leon. (1954). Elements of pure economics//Translated by William Jaffe.

Homewood, Ill: Rickard D. Irwin.

26. Walsh, John R. (1935). Capital concept applied to man, Q.J.E., XLIX. 

27. Woods,  Edward A.,  Metzger,  Clarens  B.  (1927). Americans  human  wealth:

money value of human life. New York: F.S. Crofts & Co., p.122.



Мадатов Мансур Акиф оглу

д.ф.э., Институт экономики НАНА



Аннотация

Формирование концепции человеческого капитала и анализ подходов 

к его количественной оценке

Цель исследования – измерения экономической эффективности использова-

ния человеческого капитала



Методология исследования – системный подход, сравнительный анализ;

Результаты  исследования – повышения экономической эффективности ис-

пользования человеческого капитала;



Ограничения исследования – измерение эффективности использования че-

ловеческого капитала требует дополнительных исследований;



Практическая значимость исследования – использования в качестве анали-

тического источника в процессе измерения человеческого капитала;



Оригинальность и научная новизна исследования – системный анализ изме-

рения ценности человеческого капитала по различным критериям.



Ключевые слова: человеческий капитал, инвестиции в образование и здра-

воохранение, чистый доход, миграция, измерения человеческого капитала.

Madatov Mansur Akif oglu

Dr., Azerbaijan National Academy of Science Institute of Economy



Abstract

Formation of the concept of human capital and analysis 

of approaches to its quantification

Purpose – is to measure the economic efficiency of using human capital.

Design/methodology – systematic approach, comparative analysis.

Findings – improving the economic efficiency of the use of human capital.

Research limitations – measuring the effectiveness of human capital use requires

additional research.



Practical implications – is to use it as an analytical source in the process of meas-

uring human capital.



Originality/value – a system analysis of measuring the value of human capital by

various criteria.



Keywords: human capital, investment in education and health, net income, mi-

gration, human capital.

JEL Classification Codes: J24, E01, D8.

Məqalə redaksiyaya daxil olmuşdur: 13.12.16.

Təkrar işləməyə göndərilmişdir: 12.01.17.

Çapa qəbul olunmuşdur: 30.03.17.



126

M.Mədətov

İNsAN KAPİTAlı KONsEPsİyAsıNıN yARADılmAsı VƏ ONuN KƏmİyyƏT...



1(133)/2017

Download 114.13 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©www.fayllar.org 2024
ma'muriyatiga murojaat qiling